Sabiq UFC çempionu Həbib Nurməhəmmədov Avropa Liqasının “Roma” – “Sevilya” finalından sonra sosial şəbəkə hesabında paylaşım edib.
Arena.az xəbər verir ki, Nurməhəmmədovun paylaşımı özünün konkretliyi və orijinallığı ilə səciyyəvidir.
Döyüşçü, “Roma”nın baş məşqçisi Joze Mourinyo haqda ikicə kəlmə yazıb: “O, xüsudidir”.
Xatırladaq ki, Avropa Liqasının final oyununda “Sevilya” oyunsonrası penaltilər seriyasında “Roma”nı 4:1 hesabı ilə məğlub edərək (əsas və əlavə vaxt: 1:1) yeddiqat çempionluğunu rəsmiləşdirib (2006, 2007, 2014, 2015, 2016, 2020, 2023). “Sevilya” buna qədər iştirak etdiyi bütün finallarda qalib gəlib.
