Sabah – sentyabrın 12-də həndbol üzrə Azərbaycan çempionatının 2024/2025-ci illər mövsümünə start veriləcək.
Arena.az xəbər verir ki, sayca 31-ci olacaq Azərbaycan çempionatının yeni mövsümündə 16 komanda mübarizə aparacaq.
Kişilərin çempionatında “Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil” və U-17 Buta kollektivləri yarışacaqlar.
Qadınların turnirində isə “Azəryol”, “Bakı”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ” və “Təhsil” komandaları qalib adı uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi çempionatın oyunları “AHF Arena” və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.