Kişilər arasında təşkil olunmuş həndbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün finalçıları müəyyənləşib.
Arena.az Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımfinalda “Azəryol” komandası “Dinamo” ilə, “Bakı” isə “Qarabağ”la üz-üzə gəlib.
“AHF Arena”da keçirilən görüşlərdə “Azəryol” “Dinamo” üzərində 45:28 hesablı qələbə qazanıb. “Bakı” isə “Qarabağ”ı məğlub edib – 34:28.
Beləliklə, finalda “Bakı” və “Azəryol” komandaları qarşılaşacaqlar. Həlledici oyun mayın 30-da keçiriləcək.


