Həndbol: Klublarımızın Avropa Kubokunda ilk rəqibləri bəlli oldu

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişilərdən və qadınlardan ibarət komandaların rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu, Avropa Kubokunda 2024/2025 mövsümünün püşkatmasından sonra bəlli olub.

Kişilərdən ibarət “Kür” komandası “Stravolo” (Kipr), “Bakı” isə “Lofçen Çetinye” (Monteneqro) ilə görüşəcək. Qadın komandalardan “Kür” Yunanıstan təmsilçisi “İonias”, “Qarabağ” “Differdanj” (Lüksemburq), “Azəryol” isə “Qaliçanka” (Ukrayna) ilə qarşılaşacaq.

Azərbaycan klubları yarışa 2-ci mərhələdən start verəcəklər. Kişilərin turnirində bu raund oktyabrın 19-20-də və 26-27-də, qadınlarda isə oktyabrın 5-6-da və 12-13-də keçiriləcək.

Qeyd edək ki, Avropa Kubokunun yeni mövsümündə ümumilikdə 63 kişi və 64 qadın komandası mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: