Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində (AÇ-2024) bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, yığmamız Vilnüs şəhərində Litva milli komandasının qonağı olacaq.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Bu oyunu Macarıstandan olan Sofiya Marton və Rita Dane idarə edəcəklər. “Avia Solyuşens Qrup Arena”da keçiriləcək oyunun EHF nümayəndəsi isə polşalı Çezari Kuleşa olacaq.
Xatırladaq ki, millimiz bir neçə gün öncə – fevralın 28-də Bakıda qarşılaşdığı bu rəqibini çətinliklə də olsa, məğlub edib – 35:33. Komandamız indi bu uğurunu səfərdə də təkrarlamağa çalışacaq.
Azərbaycan yığması daha əvvəl Şimali Makedoniyaya (17:40) və İspaniyaya (18:38) uduzub.
5-ci qrupda İspaniya yığması 6 xalla vahid liderdir. Şimali Makedoniyanın 4, Azərbaycan yığmasının 2 xalı var. Litva yığması isə xal qazana bilməyib və qrup sonuncusudur.