Həndbol üzrə 30-cu Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal görüşləri keçirib, finalçılar müəyyənləşib.
Arena.az xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə “Qarabağ” və “Kür” kollektivləri qarşılaşıblar.
Gərgin mübarizə şəraitində keçən görüşdə 29:28 hesabı ilə qələbə qazanan ikincilər həlledici mərhələyə vəsiqə qazanıblar.
Onların finaldakı rəqibi digər yarımfinal cütündə “İdman Akademiyası”na (45:28) qalib gələn “Azəryol” həndbolçuları olacaq.
Beləliklə, “Kür” və “Azəryol” komandaları arasında baş tutacaq həndbol üzrə Azərbaycan Kubokunun final oyunu mayın 30-da keçiriləcək.


