Azərbaycanlı futbolçular Həsən Nəzərov və Renat Dadaşovun çıxış etdiyi “Ankaragücü” komandasının Türkiyə Kubokunda növbəti rəqibi bəlli olub.
Arena.az xəbər verir ki, bu gün Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin püşkü atılıb.
Mərasimdə “Ankaragücü”nün də növbəti rəqibi müəyyənləşib. Paytaxt klubu püşkatmanın nəticəsinə əsasən 5-ci turda 2-ci Liqa təmsilçisi “Menemen” komandası ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Ankaragücü” 4-cü təsnifat mərhələsində “Karşıyaka”ya qalib gəlib – 2:1. Zədəli olan Renat Dadaşovun oynamadığı həmin matçda Həsən Nəzərov 72-ci dəqiqədən etibarən oynamaq şansı qazanmışdı.
Qeyd edək ki, Türkiyə Kubokunda 5-ci raundun görüşləri 17, 18 və 19-da dekabrda keçiriləcək.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi
Ərzurumspor – Sakaryaspor
Qaziantep – Orduspor
İskenderunspor – Hatayspor
Muşspor – Antalyaspor
Bucaspor – Göztəpə
Çorluspor – Kocaelispor
Rizəspor – Vanspor
Kırklarelispor – Adana Dəmirspor
Kastamonuspor – Bodrumspor
Menemen – Ankaragücü
Erokspor – İstanbulspor
Boluspor – 1461 Trabzon
Alanyaspor – Amedspor
Eyüpspor – Etimesgut Belediyespor
Ümraniyəspor – Fatih Karagümrük
Gənclərbirliyi – Kasımpaşa
Ərzincanspor – Çorum
Konyaspor – Karacabey Belediyespor
Keçiörengücü – Sivasspor