Haiti millisinin üzvü rəsmən “Zirə”də

“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt klubu haitili yarımmüdafiəçi Brayan Alseusu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2.5 illik müqavilə imzalanıb.

Brayan Alseus daha əvvəl Fransanın “Bordo”, “Kozes”, “Bordelay”, “Entente”, “Şartr”, “Paris” və “Bastiya-Borqo” klublarında çıxış edib. Haiti millisinin də üzvü olan futbolçu son olaraq Rumıniyanın “Qaz Metan” klubunun formasını geyinib.

“Zirə” ötən gün fransalı yarımmüdafiəçi Hamidu Keytanı da transfer etmişdi.