Hakan Yeşil yenə icarəyə göndərildi – “Trabzonspor”dan

Türkiyənin “Trabzonspor” klubunun yarımmüdafiəçisi Hakan Yeşil Super Liqa təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu icarə əsasında “Bodrumspor”a keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Dayaq yarımmüdafiəçisi bu mövsümün sonuna kimi aşağı liqa təmsilçisində forma geyinəcək.

Hakan Yeşil “Trabzonspor”un öz yetirməsidir. Amma o, bu klubun əsas komandasında cəmi 1 oyunda iştirak edib. Trabzon klubu daha öncə yarımmüdafiəçini 2 dəfə “1461 Trabzon”, bir dəfə isə “Adanaspor” komandalarına icarəyə verib. Hakan vaxtilə Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.