Bu gün AFFA-nın inzibati binasında 2021-ci ildə FİFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər verilib.
Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, emblemləri Hakimlər Komitəsinin sədri Frits Stuxlik təqdim edib.
Qeyd edək ki, bu il Azərbaycanı beynəlxalq oyunlarda 17 hakim təmsil edəcək.
2021-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FİFA referilərinin siyahısı
FİFA referiləri:
- Ağayev Əliyar
- Cabarov Rauf
- Məsiyev Elçin
- Qurbanova Yuliya
Referi köməkçiləri:
- Əmirəli Akif
- Zeynalov Zeynal
- Hüseynov Namik
- Abdullayev Elşad
- Talıbov Pərvin
- Yusifov Cavanşir
- Əkbərzadə Gülnurə
- Nurıyeva Sevda
Futzal
- Qafarlı Hikmət
- Cəbrayılov Əli
- Əmiraslanov Knyaz
Çimərlik futbolu
- Məmmədov İnqilab
- Nağıyev Nail
















