Hans-Diter Flik Joze Mourinyonu əvəzləyə bilər

“Roma”nın prezidenti Den Fridkin hesab edir ki, alman Hans-Diter Flik komandanın baş məşqçisi vəzifəsində Joze Mourinyonu əvəzləməlidir.

Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.

Klub sahibinin “Bayer”nin və Almaniya yığmasının sabiq baş məşqçisini “canavarlar”ı çalışdırmağa dəvət etmək fikri, “Roma”nın son vaxtlar uğursuz çıxışı, ələlxüsus “Cenoa”ya böyükhüsablı məğlubiyyəti (1:4) mənzərəsində baş qaldırıb.
Mənbənin məlumatına görə, Den Fridkin portuqal mütəxəssisin rəhbərliyi altında “Roma”nın göstərdiyi nəticələrdən çox narazıdır. Eyni zamanda, Fridkinin “Hansi” Flikin məşqçilik bacarığını yüksək qiymətləndirdiyi də vurğulanır. Bununla belə, “canavarlar”ın futbolçularının Mourinyoya tam etibar etdikləri və onun komandadan getməsini istəmədikləri də vurğulanır. “Mour”un “canavarlar” arasında məhz hörmət-izzəti Den Fridkin üçün çəkindirici amil olaraq göstərilir.

Daha əvvəl mətbuatda portuqal çalışdırıcının A seriyasında “Kalyari” ilə oyunda büdrəyəcəyi halda, vəzifəsindən atılacağı haqda məlumat yayılmışdı.

Xatırladaq ki, ötən gecə “Roma” “Kalyari”yə səfərdə 4:1 hesabıyla qalib gəlib. Belədə Mourinyonun postunda qalmaq ehtimalı çoxalsa da, rəhbərliyin qərarının necə olacağı dəqiq bilinmir.

Hans-Diter Flik bu yaxınlarda Almaniya yığmasının baş məşqçisi postundan ayrılandan bəri işsizdir.