İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hansi Flik meydanda az oyun vaxtı alan oyunçularının narazılığını cavablayıb.
Arena.az “Relevo” dərgisinə istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən bu oyunçuların narazılığını başa düşə bilirəm. Mən də peşəkar futbolçu olmuşam və onları başa düşürəm. Hər bir kəs komandanın bir hissəsi ola biləcəyini göstərmək və öz töhfəsinə vermək istəyir. Mən bunu anlayıram, amma müvafiq qarşılığı anlamıram. Bu, barışmaq gərək olan məqamdır.
Mənə, futbolçuların oynayarkən verdikləri qarşılığı görmək xoşdur”, deyə Flik vurğulayıb.
Əlavə edək ki, Hansi Flik tələbkar mövqeyi ilə səciyyəvi bir mütəxəssisdir. Məşqlərdə özünü yaxşı tərəfdən, həmçinin sabit ardıcıllıqla göstərə bilməyən oyunçuların Flikin rəhbərliyi altında meydanda müntəzəm surətdə çıxış etməsi mümkünsüzdür. Alman mütəxəssis hələ “Bayern”i çalışdırarkən müvafiq yanaşması ilə diqqət çəkmişdi.
32 oyunda 73 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir.