İspaniya La Liqasının 11-ci turunda “Real”la səfər oyununda qələbə (4:0) “Barselona”nın baş məşqçisi Hansi Flik üçün əlamətdar olub.
Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, alman mütəxəssis 40 il əvvəl “blauqrana”nın sükanı arxasında dayanmış ingilis mütəxəssis Terri Veneyblsın nailiyyətini təkrarlayıb.
Hans-Diter Flik 1984-cü ildən bəri bütün yarışlar çərçivəsində “blauqrana”nın “Santyaqo Bernabeu”da debüt “el klasiko” oyununda qalib gəlmiş ilk məşqçisi ünvanına sahib olub.
Hansi Flik cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Rəhbərliyi müddətində Flikin “Barselona”sı 14 oyuna 10 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 47:13 nisbətindədir.
11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.


