Hansi Flik: “İnter”in yaxşı hücumçuları və müdafiəsi var”

“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın UEFA Çempionlar Liqasının yarımfinalında qarşılaşacağı “İnter”i qiymətləndirib.

Arena.az məlumat verir ki, alman mütəxəssis bu barədə mətbuat toplantısınıda danışıb:

“Mən onların futbolunu qiymətləndirirəm. Bu, həm topla və həm də topsuz olaraq yaxşı təşkilatlandırılmış, təcrübəli bir komandadır. Onların yaxşı hücumçuları və müdafiəsi var. Benjamen Pavar “Bayern”də mənim oyunçum olub. “İnter” əla məşqçiyə malikdir. Bu, ağır oyun olacaq”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, “Barselona” ilk oyunda “İnter”i aprelin 30-da evdə qəbul edəcək. May ayının 5-də isə “blauqrana” səfərdə “neradzurri”nin qonağı olacaq.