Hansi Flik Joan Laporta ilə görüşüb?

“Bayern”in və Almaniya yığmasının sabiq baş məşqçisi Hansi Flik ilə “Barselona”nın prezidenti Joan Laportanın görüşdüyü bildirilir.

Arena.az xəbər verir ki, bu barədə “Footmercato” dərgisi məlumat yayıb.

İddiaya görə, görüşdə Flikin “Barselona”ya mümkün təyinatı ilə bağlı tərəflər arasında ilkin məsləhətləşmələr aparılıb. Danışıqların səmərəli keçdiyi bildirilir. Fliki görüşdə agentinin də müşayiət etdiyi vurğulanır. “Barselona” gələcək məşqçisinin kimliyi ilə bağlı nəhayət qərar vermədiyi üçün hələlik razılıq tərəflər arasında razılıq yoxur.

Həmçinin bildirilir ki, “Barselona” rəhbərliyinə hazırda “Yuventus”u çalışdıran italyan mütəxəssis Massimiliano Alleqrinin namizədliyi təklif edilib. Bununla belə, bu, üstün seçim deyil. Klubda Alleqrinin təyinatı ilə bağlı şübhələr var.

Xatırladaq ki, 59 yaşlı Hansi Flik ötən ilin sentyabrında Almaniya yığmasından qovulandan bəri işsizdir. Həmin vaxt bundestim son 5 yoldaşlıq oyununda 4 məğlubiyyət və 1 heç-heçə yaşamışdı. Məhz bu uğursuzluq Hansi Flikin istefaya göndərilməsinə səbəb olmuşdu.