“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 25-ci turunun “Las Palmas”la səfər oyununu (2:0) şərh edib.
Arena.az “Marca” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən oyundan sonra yorğunluq hiss edirəm. Biz özümüzün ən yaxşı futbolunu nümayiş etdirmədik. Bu çox çətin mübarizə idi, amma ümumilkdə hər şey öz qaydasındadır. Belə oyunlar üçün bizim ixtiyarımızda yüksək səviyyəli ehtiyat oyunçularımız var, hansılar ki, öz işlərini səmərəli surətdə icra edirlər. Düşünürəm ki, bəzən bu, bizə gərək olan elə, o seçimdir ki, onlar oyuna öz töhfələrini verə bilsinlər. Ancaq meydana kimin çıxmasına dair qərarın verilməsi həmişə məndən asılıdr.
Bugünkü oyunda biz istədiyimiz kimi fəalyyət göstərə bilmədik ki, bu da adətən olduğundan daha çox fəsadlara gətirib çıxardı. Olmonun vurduğu qol bizim üçün həlledici məqam oldu, onun meydana çıxması isə çox ruhlandırıcı idi”, deyə Hansi Flik vurğulayıb.
Keçirdiyi 25 oyunda 54 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Las Palmas” isə 23 xalla 17-ci pillədədir.