“Barselona”nın baş məşqçisi Hansi Flik İspaniya La Liqasının 21-ci turunda “Valensiya” üzərində 7:1 hesablı ev qələbəsini şərh edib.
Arena.az AS dərgisinə istinadən, alman mütəxəssisin bu barədə qənaətini təqdim edir:
“Oyunçularım təravətli ayaqlarını göstərdilər. Oyuna cəlb oldular və əla bir iş gördülər. Mən komandamın səmərəsini bəyəndim. Ehtiyat oyunçular vəzifəni çətinləşdirirlər? Bu, mənim işimdir və bu, adi təzahürddür. Mən yalnız on bir oyunçu olmasındansa, belə bir vəziyyətə üstünlük verirəm. Bizim yaxşı bir komandamız var, ab-havamız gözəldir, mənim vəzifəm isə seçməkdir”, deyə Hansi Flik məmnunluqla vurğulayıb.
21 oyunda 42 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Valensiya” isə 16 xalla 19-cu pillədədir.
La Liqaya 49 xalla “Real” başçılıq edir.