Futbol üzrə İngiltərə millisinin və Almaniya çempionu “Bayern”in ulduz hücumçusu Harri Keyn Münhen klubu haqda söhbət açıb.
Arena.az ingilis futbolçunun müvafiq fikrini təqdim edir:
“Bayern” çox böyük klubdur. Hər il o özünü, UEFA Çempionlar Liqasında qalibiyyət uğrunda mübarizədə favorit olaraq, Avropada ən yaxşı klublardan biri kimi göstərir. Özümü müvafiq səviyyədə sınamaq istəmişəm. Mənə, həm meydanda və həm də meydandan kənarda hər şey xoş gəlir. Belə bir təəssüratım var ki, bu, mənim ikinci eviimdir. Hər andan zövq alıram. Ümidvaram, sonra da belə olacaq”, deyə Keyn vurğulayıb.
Xatırladaq ki, Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 10 oyuna çıxıb, 18 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 106 oyun, 103 qol və 29 məhsuldar ötürmədən ibarətdir.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 110 oyuna 76 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


