Harri Keyn: “Bu, həyatımdakı ən yaxşı qərarlardan biridir”

Adı “Barselona” ilə birgə hallandırılan “Bayern”in hücumçusu Harri Keyn Münhen klubunda uzun müddətə qalmağa hazır olduğunu bildirib.

Arena.az 32 yaşlı ingilis ulduzun müvafiq fikrini təqdim edir:

“Burada daha uzun müddətə qalmağa hazıram. Hesab edirəm, biz Avropanın ən yaxşı komandalarındanıq. Bayern” azarkeşlərinə narahat olmağa dəyərmi? Düşünürəm ki, yox! “Bayern”ə keçidim həyatımdakı ən yaxşı qərarlardan biridir”, deyə Keyn vurğulayıb.

Harri Keyn Almaniya Bundesliqası çərçivəsində Münhendə “Frayburq” üzərində 6:2 hesablı əzmkar qələbəni də şərh edib:

“İlk 20 dəqiqə ərzində çox yaxşı idi, sonra isə xasiyyətimizi ortaya qoyduq. Qeyd-şərtsiz, faisələdə az sonra vurduğumuz, bizi hesabda önə çıxarmış qolun çox köməyi oldu. Əla qələbədir”, deyə Keyn vurğulayıb.

Xatırladaq ki, “Bayern” 0:2 hesabından geri-dönüş edib. Keyn münhenlilərin qələbəsinə qolla töhfəsini verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: