“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn ulduz hücumçular Lionel Messi və Kristiano Ronaldonun uşaqlıqda onu ruhlandırdığını bildirib.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Mən Ronaldonu şəxsən tanıyırammı? Xeyr. Bir neçə dəfə müxtəlif tədbirlərdə görüşmüşük, amma o, uşaqlıqda sevdiyim Lionel Messi kimi xüsusi biri idi.
Mən yeniyetmə olanda onlar ən yaxşı vaxtlarında idilər. Yəqin ki, təkcə mən futbolu sevəndə deyil, həm də futbol oynamağa başlayanda və həqiqətən inkişaf etmək istəyəndə. Hər ikisi mənim üçün ilham mənbəyi olub”, deyə Keyn vurğulayıb.
Xatırladaq ki, Harri Keyn İngiltərənin “Tottenhem” klubunun yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 3 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Keyn Almaniya nəhənginin ümumilikdə 48 oyun keçirib, 46 qol vurub, 14 məhsuldar ötürmə verib.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 100 oyun keçirib. O, bu oyunlarda 68 qola imza atıb, 19 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində bir qənimət belə, qazana bilməyib.