Harri Keyn: “Mən həmişə belə rekordlarla fəxr edirəm”

“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn Almaniya nəhənginin heyətində özünün qol rekordları ilə fəxr etdiyini bildirib.

Arena.az “Bayern & Germany” dərgisinə istinadən, ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Bundesliqada ilk mövsümümdə bombardir olmaq necə bir hissdir? Mən həmişə belə rekordlarla fəxr edirəm. İlk mövsümümdə bombardir olacağımı heç düşünməmişdim. Bu, zəhmətin və özünə inamın nəticəsidir”, deyə Keyn vurğulayıb.

Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 45 qol vurub, 12 məhsuldar ötürmə verib.

İngilis hücumçu Almaniya Bundesliqasının 2023/2024-cü illər mövsümündə 36 qolla (32 oyun) ən sərrast futbolçu olub. Keyn 2024-cü ilin “Qızıl buts” mükafatına əsas namizəddir, daha doğrusu nəticə etibarlı ilə ingilis hücumçu bu mükafatı qazanıb, yalnız rəsmən təqdimatını gözləyir.

Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 98 oyun keçirib, 66 qol vurub, 19 məhsuldar ötürmə verib.

Vurğulayaq ki, Harri Keyn böyük futbol karyerası ərzində komandaları ilə bir qənimət belə, qazanmayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: