Harri Keyn və Bukayo Saka üçün əlamətdar darmadağın

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlar İngiltərə yığmasının hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 29 yaşlı forvard Malta (4:0) və Şimali Makedoniya (7:0) yığmalarına qarşı keçirdiyi oyunlarda yeni rekorda imza atıb.

Bu qarşılaşmalarda qol vurmuş hücumçu, indi Avropa çempionatının seçmə mərhələ oyunlarında 12 qoldan ibarət seriyanı sürdürür. Bu da turnirin tarixi ərzində bütün oyunçular arasında ən yüksək göstəricidir.

Yığmadakı qol sayını 58-ə çatdıran forvard beynəlxalq karyerasında hərəyə 56 dəfə fərqlənən Samuel Eto (Kamerun) və Qabriel Batistutanı (Argentina) qabaqlayıb.

Harri Keyn həm də böyük turnirlərin (DÇ və AÇ) seçmə mərhələsinin son 22 oyunundan 21-də ən azı 1 dəfə qol vurmağı bacarıb.

İngiltərə yığmasının tarixində ilk dəfə iki müxtəlif oyunçu (Harri Keyn və Kallum Uilson) bir oyunda (Malta yığmasına qarşı) penaltidən qol vurublar.

Şimali Makedoniya yığması ilə oyun Bukayo Saka üçün də əlamətdar olub. O, İngiltərə yığmasının heyətində het-trik etmiş 4-cü “Arsenal” oyunçusudur. Buna qədər Ted Dreyk (2 dekabr 1936), Yan Rayt (17 noyabr 1993) və Teo Uolkott (10 sentyabr 2008) da bunu bacarıblar.

Saka İngiltərə yığmasının heyətində Teo Uolkotdan sonra het-trik etmiş ən gənc futbolçudur (21 il 287 gün). Uolkott 2008-ci ilin sentyabrında 19 yaş 178 günlüyündə Xorvatiyaya qarşı oyunda het-trikə imza atmışdı.

Sakanın sayəsində “Arsenal” İngiltərə yığmasında oyunçuları 100 qol vurmuş 6-cı klub olub. Bu reytinqin siyahısını təqdim edirik:

“Tottenhem” (261 qol), “Mançester Yunayted” (258 qol), “Liverpul” (156 qol), “Çelsi” (136 qol) və “Everton” (102 qol).

Markus Raşford isə Devid Bekhemin 2001-ci ilin noyabrında İsveç yığmasına “Old Trafford”da vurduğu qoldan sonra, bu məkanda qol vurmağı bacarmış “Mançester Yunayted”in ilk futbolçusu olub.

İngiltərə yığmasından aldığı 0:7 hesablı məğlubiyyət Şimali Makedoniya yığmasının tarixində ən böyükhesablıdır. Buna qədər Şimali Makedoniya yığmasının ən böyükhesablı məğlubiyyəti 1995-ci ildə Belçika yığmasına 0:5 hesablı yenilgi idi.