Britaniya mətbuatı “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keynin maliyyə vəziyyəti haqda məlumatı açıqlayıb.
Arena.az məlumat verir ki, “The Sun” dərgisinin açıqlamasına görə, Keynin sərvəti 91 milyon funt-sterlinq məbləğdən artıqdır.
Vurğulanır ki, 2024-cü ilin əvvəlində Keynin vəsaiti 75 milyon funt-sterlinq məbləğində idi.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 20 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 65 oyun, 64 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.



