“Bayern”in ingilis mərkəz hücumçusu Harri Keynin 3 övladının hərəkət etdiyi avtomobil şosseyə dönmək istəyərkən digər avtomobillə toqquşub.
Arena.az bu barədə “Bild” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Keynin üç övladı – Lui, Vivyen və Ayvi səthi xəsarətlər alıblar. Daha sonra onlar təcili yardım maşını ilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Keynin övladlarının olduğu avtomobilə çırpılmış avtomobildə də bir neçə nəfərin olduğu, amma ciddi xəsarət alanın olmadığı vurğulanır.
Qəza Keynin “Bayern”in “Arsenal”la Çempionlar Liqasının 1/4 finalının ilk oyununda iştirakı məqsədilə Londonda olduğu zaman baş verib.
Xatırladaq ki, bu oyun 2:2 hesabı ilə başa çatıb. Keyn özü isə bu görüşdə penalti zərbəsini dəqiq yerinə yetirərək qola imza atıb.



