Harri Kyuell istefaya göndərildi

İngiltərənin “Oldhem” klubunun baş məşqçisi Harri Kyuell istefaya göndərilib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kyuell komandanın uğursuz çıxışına görə baş məşqçi postundan kənarlaşdırılıb. “Oldhem” mübarizə apardığı İngiltərə 4-cü divizonunda 16-cı sırada qərarlaşıb.

42 yaşlı mütəxəssis 2020-ci ilin avqustundan “Oldhem”i çalışdırırdı. Avstraliyalı məşqçi daha öncə “Kroli Taun” və “Notts Kaunti”yə də rəhbərlik edib. Kyuell futbolçu karyerası ərzində İngiltərədə “Lids”, “Liverpul”, Türkiyədə “Qalatasaray” kimi klubların uğurları üçün çalışıb.