“Hatayspor” Erdoğanla yeni müqavilə bağladı

Türkiyənin “Hatayspor” klubu baş məşqçi Ömer Erdoğanla müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğanın sözləşməsinin müddəti 2023-cü ilin yayına qədər uzadılıb.

43 yaşlı mütəxəssis ötən ilin avqustundan “Hatayspor”u çalışdırır. Onun rəhbərlik etdiyi komanda Super Liqanın cari mövsümündə keçirdiyi 25 oyuna 42 xal toplayıb və 6-cı sırada qərarlaşıb.