“Hatayspor” Misir millisinin üzvünu heyətinə qatdı

Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Misirin “Əl Əhli” klubundan Mahmud Kahrabanı heyətinə qatıb.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Hatayspor”da çıxış edəcək. O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Kahraba Misir milli komandasının da üzvüdür. O, 2021-ci ildə Misirdə ən yaxşı sol cinah yarımmüdafiəçisi seçilib. 2020-ci ildən “Əl Əhli”də çıxış edən misirli futbolçu, əvvəllər “Despotivo das Aves”, “Əl İttihad, “Zamalek”, “Qrasshopper”, “Lütsern” və ENPPİ komandalarında da çıxış edib.