Henrix Mxitaryan Ermənistan millisindən getdi

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Henrix Mxitaryan Ermənistan millisindəki karyerasını başa vurub. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Henrix Mxitaryan 2007-ci ildən Ermənistan yığmasının formasını geyinirdi. O, millidə 95 matça çıxıb, 32 qola imza atıb. 2019-cu ilin sentyabrından “Roma”da forma geyinən yarımmüdafiəçi, daha öncə İngiltərədə “Arsenal” və “Mançester Yunayted” klublarının uğurları üçün çalışıb. Onun oynadığı komandalar arasında “Borussiya” (Dortmund), “Şaxtyor” (Donetsk), “Metallurq” (Donetsk) və “Pünik” də var.