“Herta” Feliks Maqat ilə anlaşdı

Almaniyanın “Herta” komandasının yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Feliks Maqat çalışdıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Almaniyalı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu vəzifədə türkiyəli mütəxəssis Tayfun Korkutu əvəzləyib.

Feliks Maqat 5 ildir işsizdir. O, son iş yeri olan Çinin “Şandun Tayşan” klubundan 2017-ci ildə ayrılıb. 68 yaşlı mütəxəssis daha öncə “Fulhem”, “Volfsburq”, “Şalke”, “Bayern”, “Ştutqart”, “Ayntraxt”, “Verder”, “Nürnberq” və “Hamburq”u da çalışdırıb.

Herta” Bundesliqada hazırda 23 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.