Almaniyanın “Herta” klubu baş məşqçisi Pal Dardai ilə müqavilənin müddətini artırıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə Dardai ilə yeni bir illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Tərəflər arasındakı əvvəlki anlaşmanın müddəti bu yay başa çatırdı.
Pal Dardai bu ilin yanvarından “Herta”nı çalışdırır. Onun rəhbərliyi altında bu komanda Bundesliqada geridə qalan mövsümü 34 oyuna topladığı 35 xalla 14-cü pillədə başa vurub.
Futbolçu karyerası dönəmində 1997-ci ildən 2011-ci ilə kimi “Herta”da çıxış edən Dardai, məşqçiliyə də bu klubda başlayıb. O, 2012-2015-ci illər aralığında klubun gənclərdən ibarət komandasında çalışıb. Macarıstandan olan 45 yaşlı mütəxssis 2015-2019-cu illər aralığında da “Herta”nın əsas komandasının baş məşqçisi olub.