“Herta”nın bütün kollektivi karantinə alındı

Almaniyanın “Herta” komandasının bütün kollektivi karantinə alınıb.

Arena.az xəbət verir ki, buna Bundesliqa təmsilçisində koronavirusa yoluxma hallarının çoxalması səbəb olub.

Bu komandada daha öncə baş məşqçisi Pal Dardai, onun köməkçisi Admir Hamzaqiçdə koronavirus aşkarlanmışdı. Futbolçulardan isə Dodi Lukebakio və Marvin Plattenhardtın COVİD-19 testi pozitiv çıxıb. Nəticədə rəsmi dairələrin də təzyiqi üzündən “Herta” koronavirusa yoluxma hallarının daha da artmaması üçün karantinə alınıb. Klubun məşqçilər heyəti və futbolçuları tam tərkibdə təcrid olunublar.

“Herta”nın Bundesliqada “Maynts”la səfər (18 aprel), “Frayburq”la ev (21 aprel) və “Şalke” ilə səfər (24 aprel) matçları təxirə salınıb.