Hidayət mükafatlandırıldı, Azərbaycan Himni səsləndirildi – Video

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb.

Arena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımıza qızıl mükafat təqdim olunub.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Finalda Hidayət Heydərova məğlub olan fransalı Con Benjamin Qaba gümüş, Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanov və yaponiyalı Soiçi Hasimoto bürünc medala sahib çıxıblar. Osmanov üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə görüşdə qələbə qazanaraq fəxri kürsüdə yer alıb.

Paris-2024 avqustun 11-də başa çatacaq.