Hiddink Ten Haqın “Mançester Yunayted”dəki əsas səhvini açıqladı

Niderlandlı mütəxəssis Qus Hiddink həmkarı və həmvətəni Erik ten Haqın “Mançester Yunayted”dən qovulması haqda söhbət açıb.

Arena.az “Daily Mail” nəşrinə istinadən, Hiddinkin bu mövzuda müvafiq qənaətini təqdim edir:

“Hər kəs özünəməxsus tərzdə işləyir, amma Erikin öz ətrafına nə qədər yaxın adam topladığı məni təəccübləndirdi. Beləcə, siz qovuğun içərisində qalırsınız, bu, yeni klubunuzun mədəniyyətinə uyğunlaşmanızı çətinləşdirir və sizə şübhə ilə baxılır. Həmişə xaricə özümlə bir köməkçi götürərdim, onunla futbol üzrə fəaliyyət planı tərtib edə bilərdim. Ona görə də yerli məşqçiləri və müşahidəçiləri seçirdim. Klubu və ya ölkəni yaxşı tanıyanları.

Necə mühakimə edilməyiniz sizə bağlı xüsusdur. Bəzən bunu çox ciddi qəbul etməməlisən. Demək istəyirəm ki, biz futboldan danışırıq, müharibə və sülhdən deyil. Qarşılaşdığınız qüvvəni güc üzərindən cavablamağa gərək yoxdur. Əks halda bu, gec-tez partlayacaq”, deyə Qus Hiddink bir növ “özü yıxılan ağlamaz” mövqeyindən çıxış edib.

Xatırladaq ki, Erik ten Haq “qırmızı şeytanlar”ın uğursuz nəticələrinə görə, oktyabrın 28-də “qırmızı şeytanlar”ın baş məşqçisi vəzifəsindən qovulub.

Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırırdı. Ten Haq “qırmızı şeytanlar”ı ümumikdə 128 oyuna çıxarıb, 72 qələbə, 20 heç-heçə, 36 məğlubiyyət yaşayıb. Topların fərqi isə 234:180 nisbətindədir.

Niderlandlı mütəxəssis fəaliyyəti dövründə “qırmızı şeytanlar”a İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazandırıb.

“Mançester Yunayted” “qırmızı şeytanlar”ın sükanı arxasına Lissabon “Sportinq”indən portuqal mütəxəssis Ruben Amorimi gətirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: