Futzal üzrə azərbaycanlı FIFA referisi Hikmət Qafarlı 2026-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, o, Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi ilə keçiriləcək Avropa çempionatının final mərhələsində fəaliyyət göstərəcək 32 hakimdən biri olacaq.
Hikmət Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Beləliklə, tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-nə qədər keçiriləcək.


