Azərbaycanın futzal üzrə FİFA referisi Hikmət Qafarlı yeni beynəlxalq təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, o, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AÇ-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək.
Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları qarşılaşacaq.
Hikmət Qafarlı martın 22-də baş tutacaq Rumıniya – Serbiya matçında üçüncü, Ukrayna – Monteneqro oyununda isə ikinci hakim kimi iş başında olacaq. Bir gün sonra – martın 23-də keçiriləcək Serbiya – Monteneqro matçının birinci hakimi isə azərbaycanlı referi olacaq. Qalan oyunlara təyinatlar sonrakı günlərdə açıqlanacaq.



