“Sabah” müdafiəçisi Hiqor Qabriel ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sabah”la Belarusun “Dinamo” (Minsk) klubları arasında Hiqor Qabrielin icarəyə verilməsi ilə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, braziliyalı müdafiəçi bu ilin noyabr ayına kimi Minsk təmsilçisində çıxış edəcək.
Hiqor Qabriel bu ilin fevralında “Sabah”a transfer olunmuşdu. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanmışdı. Braziliyanın “Fluminense” klubunun yetirməsi olan Qabriel, karyerası ərzində bu komanda ilə yanaşı, “Rio Branko” (Braziliya) klubunda da çıxış edib.
“Sabah” bu yay Samir Məhərrəmlini “Kəpəz”ə, Veysəl Rzayevlə Şakir Seyidovu isə “Turan Tovuz”a icarəyə vermişdi.