“İnter Mayami” ilə Honkonq yığması arasında keçirilmiş oyuna bilet almış azarkeşlər biletin qiymətinin 50%-i həcmində təzminat alacaqlar.
Arena.az bu barədə “France-Presse” agentliyinə istinadən məlumat verir.
Xatırladaq ki, azarkeşlər amerikan komandasının argentinalı ulduzu, hücumçu Lionel Messinin bu oyunda iştirak etməməsindən təşkilatçılara narazılıqlarını bildiriblər.
Mənbənin məlumatına görə, təzminat, oyunun təşkilatçıları ilə hər hansı hüquqi çək-çevirdən imtina edənlərə ödəniləcək.
Xatırladaq ki, fevralın əvvəlində “İnter Mayami” ilə Honkonq yığması arasında yoldaşlıq oyunu keçirilib. Tribunada 38323 tamaşaçı toplaşıb. Messi isə zədə səbəbindən bütün oyunu ehtiyat oyunçular skamyasında keçirb. Bu məqam azarkeşlərin hiddətinə səbəb olub.
Maraqlıdır ki, bu oyuna biletin ən ucuz qiyməti 115 avro olub.