İspaniyanın “Valensiya” klubu müdafiəçisi Huqo Gilyamon ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İspaniyadan olan 22 yaşlı futbolçu ilə yeni müqavilə 2026-cı ilin 30 iyunununa kimi nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki sözləşmə gələn ilin 30 iyununa qədər idi.
Huqo Gilyamon “Valensiya”nın öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinir. Mərkəz müdafiəçisi indiyə qədər bu komandada 77 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Gilyamon 2021-ci ildən İspaniya milli komandasına da cəlb olunur. O, yığma komandada 3 rəsmi matça çıxıb, 1 qol vurub.