“Monako”nun baş məşqçisi Adolf Hütter Fransa Liqa 1-in “Monpelye” ilə 6-cı tur ev oyununda əzmkar qələbəsini (2:1) şərh edib.
Arena.az xatırladır ki, bu oyun çərçivəsində knyazlıq klubu 100 illik yubileyini qeyd edib.
Meydan sahibləri əzmkar qələbəni oyunun təzminat müddətində (90+9-ci dəqiqə) vurduqları qolla bayram ediblər.
“Bu, futboldur! Evdə heç-heçə etmək istəmirdik. Çünki bu, məyusedici olardı. Amma son anda, 90+8-ci dəqiqədə Lamin Kamaranın sayəsində qol vurduq. Duyğular çox güclü idi. Hamı bu qələbəni istəyirdi. Biz bunu əldə edə bildiyimiz üçün çox şadıq. Qırmızı vərəqə əlbəttə ki, kömək etdi, amma azarkeşlər hər şeyin bitdiyini düşünsələr belə, məşqçi həmişə oyunçularına sona qədər inanmalıdır”, deyə avstriyalı mütəxəssis məmnunluqla bildirib.
6 oyundan 16 xal toplamış “Monako” Fransa Liqa 1-in yarış cədvəlində 2-ci pillədə qərarlaşıb və zirvədə yer almış PSJ ilə şərikliyi liderliyi paylaşır.