“Mançester Siti”nin keçmiş hücumçusu İan Rayt “şəhərlilər”in belçikalı yarımmüdafiəçisi və kapitanı Kevin De Bröyne haqda qənaətini açıqlayıb.
Arena.az Raytın müvafiq qənaətini təqim edir:
“De Bröyne o qədər çox iş görüb ki… Düşünürəm ki, onun irsini ədalətlə qiymətləndirsək, o, güman ki, İngiltərə Premyer Liqasının bütün dövrlərinin rəmzi komandasına daxildir”, deyə İan Rayt vurğulayıb.
“Komo”nun 29 yaşlı ingiltərəli hücumameyilli yarımmüdafiəçisi Dele Alli də qarşı oynadığı ən çətin rəqibdən söhbət açıb. O, bu siyahıda Messi ilə De Bröyneni fərqləndirib:
“Mən Lionel Messinin adını çəkməliyəm. Biz meydanda bir-birimizə qarşı birbaşa oynamamışıq, amma mənim üçün Messi ən çətin rəqiblərdən biridir. Bundan başqa, Kevin De Bröyneni qeyd edərdim”, deyə Dele Alli bildirib.
Yeri gəlmişkən, “Mançester Siti”nin 30 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Kuboku ilə bağlı “şəhərlilər”in planını açıqlayıb:
“Biz yenidən “Uembli”də olmaq və finalda qənimət uğrunda mübarizə aparmaq istəyirik”, deyə Silva vurğulayıb.
Əlavə edək ki, “Mançester Siti” finala çıxmaq üçün yarımfinalda “Nottingem Forest” səddini keçməlidir.