İbrahim Qədirzadə rəsmən Gürcüstan klubunda!

“Neftçi”nin əvəzedici komandasının futbolçusu İbrahim Qədirzadə karyerasını Gürcüstanda davam etdirəcək.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Samtrediya” klubuna keçib.

Bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qədirzadə ilə müddəti ilin sonuna qədər olan müqavilə imzalanıb.

Qədirzadə Azərbaycanda “Qarabağ” və “Neftçi”nin əvəzediciləri komandalarında, həmçinin MOİK-də forma geyinib.