İdman ləvazimatları satışından ən çox qazanan klub – “Barselona”

UEFA-nın maliyyə hesabatına istinadən 2023-cü ildə “Barselona” 179 milyon avro dəyərində futbol ləvazimatları satıb.

Arena.az məlumat verir ki, bura üzərində klub rəmzləri olan müxtəlif idman ləvazimatları daxildir.

Vurğuyaq ki, İspaniya klubu tarixində ilk dəfə müvafiq siyahının zirvəsində yer alıb.

İdman ləvazimatlarının satışından ən çox gəlir əldə etmiş klubların ilk onluğunu təqdim edirik:

  1. “Barselona” (179 milyon avro);
  2. “Real” (155 milyon avro);
  3. “Bayern” (147 milyon avro);
  4. “Liverpul” (132 milyon avro);
  5. “Mançester Yunayted” (130 milyon avro);
  6. PSJ (97 milyon avro);
  7. “Arsenal” (89 milyon avro);
  8. “Çelsi” (87 milyon avro);
  9. “Yuventus” (74 milyon avro);
  10. “Tottenhem” (74 milyon avro).

Xatırladaq ki, ötən mövsüm “Barselona” İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb, UEFA Çempionlar Liqasında isə “İnter” və “Bayern”ə uduzaraq, qrup mərhələsini keçə bilməyib.