İkardi Naranın xəyanəti barədə şayiələrə belə qarşılıq verdi

“Qalatasaray”ın argentinalı hücumçusu Mauro İkardi keçmiş yoldaşı Vanda Naranın xəyanəti barədə şayiələr mənzərəsində paylaşma edib.

Arena.az məlumat verir ki, Vanda Naranın Mauro İkardi ilə münasibətləri dövründə, Moskva “Spartak”ının seneqallı keçmiş futbolçusu Keyta Balde ilə ona xəyanət etdiyi haqda şayiələr “sarı mətbuat” səhifələrini dolaşır.

Cütlük ayrıldıqdan sonra ilk dəfə olaraq, İkardi keçmiş sevgilisi ilə birlikdə çəkilmiş şəklini özünün sosial şəbəkə hesabları üzərindən yayımlayıb. O, paylaşımına belə şərh verib:

“İnsanların çox şey söyləməklə nə qədər az bildiklərini göstərmələrini sevirəm”, – İkardi paylaşıb.

Daha sonra İkardi Vanda və uşaqları ilə birlikdə daha bir şəklini yayımlayıb.

Xatırladaq ki, cari ilin iyul ayında Vanda Nara Mauro İkardidən ayrıldığını açıqlamışdı. Bir neçə gün əvvəl isə Keyta Baldenin keçmiş arvadı Simona Qatyeri bildirib ki, futbolçu onunla evliliyi zamanı, İkardinin arvadı Vanda ilə onu aldadaraq, xəyanət edib.