İki futbolçuda koronavirus aşkarlandı – Türkiyə klubunda

Türkiyənin “Qaziantep” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərinin üçünün pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirus aşkarlananlardan ikisi futbolçu, biri isə klub işçisidir.

Bununla da “Qaziantep”də koronavirusa yoluxanların sayı dördə çatıb. Onların hamısı karantinə alınıb və nəzarətə götürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: