İkinci Liqa: 15-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 2-ci dövrəsinin ilk turunun – 15-ci turun hakim təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

15-ci tura bu gün keçiriləcək üç oyunla start veriləcək. Turun qalan dörd qarşılaşması sabah baş tutacaq.

İkinci Liqa
15-ci tur
4 mart

“Şahdağ Qusar” – “Baku Sportinq”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Murad Səlimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı OİK stadionu, 15:00.

“Ağdaş” – “Şəki Siti”
Hakimlər: Vüqar Həsənli, Aydın Baxşıyev, Rəhman Aslanov, Xalid Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Ağdaş şəhər stadionu, 15:00.

“Şəfa” – “Lerik”
Hakimlər: Elvin Bayramov, Sənan Atayev, Rasim Axundov, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Binə qəsəbə stadionu, 15:00.

5 mart

“Qusar” – “Füzuli”
Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Orxan İbişov, Kamil Aydınov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Dinamo” – “Şəmkir”
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Zakir Şükürzadə, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Göygöl”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Cəbrayıl” – “Kürmük Qax”
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Neftçi” Futbol Mərkəzi” (4-cü meydança), 15:00.