İkinci Liqa: 15-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 2-ci dövrəsinin ilk turunun – 15-ci turun oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

İkinci dövrənin ilk turuna martın 4-də start veriləcək. İlk oyun günündə 3 qarşılaşma baş tutacaq. Turun qalan 4 oyunu isə bir gün sonraya – martın 5-nə təsadüf edəcək.

İkinci Liqa
15-ci tur
4 mart

“Şahdağ Qusar” – “Baku Sportinq”
Şamaxı OİK stadionu, 15:00.

“Ağdaş” – “Şəki Siti”
Ağdaş şəhər stadionu, 15:00.

“Şəfa” – “Lerik”
Binə qəsəbə stadionu, 15:00.

5 mart

“Qusar” – “Füzuli”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Dinamo” – “Şəmkir”
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Göygöl”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

“Cəbrayıl” – “Kürmük Qax”
Bakı. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.