İkinci Liqa: “Baku Sportinq” əsas izləyicisi “Cəbrayıl”a da qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 22-ci turunun qarşılaşmalarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Baku Sportinq” əsas rəqiblərindən olan “Cəbrayıl”la səfər oyununda minimal hesabla qalib gəlib.

Beş qolun qeydə alındığı “Kürmük Qax” – “Şəki Siti” və “Kür-Araz” – “Ağdaş” oyunlarında isə meydan sahibləri qələbə qazanıblar.

22-ci turun qalan görüşləri sabah keçiriləcək.

İkinci Liqa
22-ci tur

22 aprel

“Cəbrayıl” – “Baku Sportinq” 0:1
Qol: Aqşin Paşayev, 41.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.

“Kürmük Qax” – “Şəki Siti” 4:1
Qollar: Revazi Otaraşvili , 62. Vüqar Məmmədli, 78. Roma Dukaşvili, 79. Nurlan Camallı, 87 – Xaliq Şabanov, 60.
Hakimlər: Şamil İmanzadə, Aydın Baxşıyev, Mirnihad Seyidov, Rəsul Babayev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Qax OİK stadionu, 16:00.

“Kür-Araz” – “Ağdaş” 3:2
Qollar: Elariz Xəlilli, 5. Cavid İmamverdiyev, 26-pen. Ramazan Abbasov, 85 – Nicat Fərəcli, 11-öz qapısına. Azad Əzimli, 45.
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Abbasov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
H.Əliyev adına İmişli şəhər stadionu, 17:00.

23 aprel

“Füzuli” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Əkbər Əhmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
“ASK Arena”, 13:00.

“Qusar” – “Şəfa”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Maqsud Şamıyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

“Dinamo” – “Şahdağ Qusar”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Sənan Atayev, İslam Məmmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Binə qəsəbə stadionu, 16:00.

“Göygöl” – “Lerik”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Göygöl OİK stadionu, 16:30.