İkinci Liqa: “Cəbrayıl” “Qusar”a məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Cəbrayıl” və “Qusar” komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyun Qusarın eyniadlı təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.

İkinci Liqa
18-ci tur
23 mart

“Lerik” – “Şəki Siti” 2:2
Qollar: Kərəm Əhmədli, 45. Məzahir Əhmədov, 89 – Cavid Abbasov, 25-öz qapısına. Röyal Nəcəfov, 33.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lənkəran OİK stadionu, 15:00.

“Şəmkir” – “Baku Sportinq” 2:2
Qollar: Kamran Abdullazadə, 45+2-pen. Penci Ağazadə, 85 – Ramin İsmayılov, 66. Osman Soltanov, 90+1.
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Aydın Baxşıyev, Kamil Aydınov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şəmkir OİK stadionu, 15:00.

24 mart

“Füzuli” – “Ağdaş” 5:0
Qollar: Emin Quliyev, 25. Elvin Nəsibov, 26; 55; 75. Məhəmməd Bədəlbəyli, 90.
Hakimlər: Əkbər Əhmədov, Asif Abdullayev, Samir Qaracayev, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 13:00.

“Göygöl” – “Şəfa” 0:5
Qollar: Loğman Əliyev, 16. İsa Bayramov, 55-öz qapısına. Əli Əliyev, 71. Murad Mehdiyev, 82. Əhməd Babayev, 87.
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Alıyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elman Musayev.
Göygöl OİK stadionu, 15:00.

“Kürmük Qax” – “Dinamo” 1:1
Qollar: Səbuhi Əhmədov, 35-pen – İntiqam Məmmədov, 13.
Hakimlər: Mahmud Bağırzadə, Səbuhi Soltanov, Ruslan Quliyev, Nazim Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qax OİK stadionu, 15:00.

“Kür-Araz” – “Şahdağ Qusar” 3:1
Qollar: Ramazan Abbasov, 19. Cavid İmamverdiyev, 51. Elariz Xəlilli, 90+2 – Ruslan Ağalarov, 79-pen.
Hakimlər: Şamil İmanzadə, Kərim Zeynalov, Mirnihad Seyidov, Emin Abdullayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.

25 mart

“Cəbrayıl” – “Qusar” 2:3
Qollar: Sərxan Ağayev, 37-öz qapısına. Nurlan Quliyev, 45+4 – Orxan Qurbanlı, 3. İlqar Hüseynov, 33. Eşqin Tağıyev, 67.
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Sənan Atayev, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 13:00.