İkinci Liqa: “Dinamo” və “Göygöl” darmadağına üzüldülər

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

“Şəki Siti” – “Ağdaş” matçında qapılara qol vurulmayıb. “Şimal” ev oyununda “Dinamo”nu, “Hypers Quba” isə “Göygöl”ü böyük hesabla məğlub edib.

İkinci Liqa
6-cı tur

7 oktyabr

“Lerik” – “Şahdağ Qusar” 0:7
Qollar: Famil Camalov, 13; 37; 48; 84. Tural Qurbatov, 23. Ədilxan Qarəhmədov, 76. İlkin Mikayılov, 89.
Hakimlər: Şamil İmanzadə, Mirnihad Seyidov, Asif Abdullayev, Emin Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lənkəran Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Şəmkir” – “Şəfa” 0:2
Qollar: Elgün Abbaslı, 50. Elvin Nəsibov, 64.
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Maqsud Şəmiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Saatlı-Araz” – “Qusar” 5:0
Qollar: Elariz Xəlilli, 29; 50. Həmzə Əliyev, 39. Xəyal Bədirov, 53; 81.
Hakimlər: Murad Səlimov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Vüqar Həsənli.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Füzuli” – “Kür-Araz” 1:4
Qollar: Fuad Məmmədzadə, 16 – Ramazan Abbasov, 38. Elxan Məmmədov, 40. Cavidan Musazadə, 42. Fəzail Şirxanzadə, 63.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

8 oktyabr

“Şimal” – “Dinamo” 4:1
Qollar: Tural Cəlilov, 49. Sabir Əlişan, 63. Pərviz Azadov, 77; 90 – Valeh Seyidov, 84.
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Nurlan Əmrahzadə, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Siyəzən şəhər stadionu, 15:00.

“Şəki Siti” – “Ağdaş” 0:0
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Samir Qaracayev, Ruslan Quliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şəki şəhər stadionu, 15:00.

“Hypers Quba” – “Göygöl” 4:0
Qollar: Elşən Veysov, 32. Cavid İmamverdiyev, 53. Nicat Abbasov, 62. Qeyrət Əliyev, 82.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: