İkinci Liqa: “Lerik” liderə böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 17-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Baku Sportinq” bu dəfə “Lerik”lə ev oyununda darmadağına sevinib.

Üç qolun qeydə alındığı “Şahdağ Qusar” – “Şəki Siti” oyununda da meydan sahibləri qələbə qazanıblar.

“Ağdaş” isə “Şəmkir”i minimal hesabla məğlub edib.

17-ci turun qalan görüşləri martın 19-da baş tutacaq.

İkinci Liqa
17-ci tur
16 mart

“Dinamo” – “Göygöl” 3:0
Qollar: İsa Bayramov, 29-öz qapısına. Valeh Seyidov, 31; 59.
Hakimlər: Murad Səlimov, Asif Abdullayev, Ruslan Babayev, Kamil Aydınov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Binə qəsəbə stadionu, 15:00.

18 mart

“Şahdağ Qusar” – “Şəki Siti” 2:1
Qollar: Famil Camalov, 37. Əlimirzə Daşzərini, 74-pen. – Xaliq Şabanov, 83.
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Sənan Atayev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Şamaxı OİK stadionu, 15:00.

“Baku Sportinq” – “Lerik” 4:1
Qollar: Röyal Nədəfov, 27; 73. Bəxtiyar Soltanov, 32. Ülvi Quliyev, 79 – Kamran Abdullazadə, 46.
Hakimlər: İslam Məmmədov, Rəhman Aslanov, Samir Qaracayev, Xalid Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.

“Ağdaş” – “Şəmkir” 1:0
Qol: Ramal Əhmədov, 63.
Hakimlər: Əli Əliyev, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağdaş şəhər stadionu, 15:00.

19 mart

“Qusar” – “Kürmük Qax”
Hakimlər: Vüqar Həsənli, Kərim Zeynalov, Mirnihad Seyidov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 14:00.

“Şəfa” – “Füzuli”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu, 15:00.

“Kür-Araz” – “Cəbrayıl”
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Baxşıyev, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 15:00.